"FİFA "Sabah"ın mövqeyinin haqlı olması barədə qərar verdi"

1 May 2021 19:00 Sabah 2 006
"FİFA "Sabah"ın mövqeyinin haqlı olması barədə qərar verdi"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq qapıçısı Oleq Karnaux "Sabah"dan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Ukrayna əsilli qolkiper Masazır klubu ilə 2019-cu ilin iyulunda 3 illik müqavilə bağlasa da, 1 ildən sonra buradan göndərilib.

Hazırda Ukraynada "Yarud"un (Mariupol) formasını geyinən kiper paytaxt təmsilçisinin heyətində heç vaxt meydana çıxmayıb.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov Sportinfo.az-a açıqlamasında məsələnin mahiyyəti barədə bunları deyib:

"Oleq Karnauxun müqaviləsinə vaxtından əvvəl xitam verilməsiylə bağlı narazılığı var idi. Bununla bağlı FİFA-ya müraciət etmişdi.

FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Bundan bir müddət sonra futbolçu CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu.

CAS bu cür qərarları dərhal qəbul etmir. Bəzən araşdırma bir neçə ay davam edə bilər. Çox güman, yaxın vaxtlarda məsələylə bağlı yekun qərar veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti