AFFA ən ağır cəzanı tanınmış futbolçuya kəsdi

27 Aprel 2021 17:20 Sabah 1 606
AFFA  ən ağır cəzanı tanınmış futbolçuya kəsdi

Azərbaycan Premyer Liqasının XXIV turunun “Sabah” – “Neftçi” matçında baş verənlərin səbəbkarları cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarları AFFA-nın İntizam Komitəsi çıxarıb.

Qurum 2:2 hesabı ilə başa çatan görüşdə və matçdan sonra yaşananlara hüquqi qiymət verib. “Sabah” 3 futbolçusu qırmızı vərəqə aldığı üçün 4800 manat cərimələnib.

Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə, Filip İvanoviç isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzaya məruz qalıb. Onlar qəsəbə təmsilçisini 400 manat ziyana salıb.

İntizam Komitəsi ən ağır cəzanı “Sabah”ın digər müdafiəçisi Təmkin Xəlilzadəyə kəsib.

Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir edən millimizin üzvü 4 oyunluq diskvalifikasiya olunub, klub 3200 manat məbləğində cərimələnib. Bu da o deməkdir ki, Xəlilzadə üçün mövsüm başa çatıb.

Matçda texniki zonadan qovulan “Sabah”ın məşqçisi Miloş Jevtiç barəsində araşdırılma aparılır.

“Neftçi” isə 7 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti