"Neftçi" ilə oyunun taleyini hakimlər müəyyənləşdirdi" - "Sabah"ın legioneri

26 Aprel 2021 20:20 Sabah 907
"Neftçi" ilə oyunun taleyini hakimlər müəyyənləşdirdi" - "Sabah"ın legioneri

"Son illərin ən maraqlı oyunu idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Filip İvanoviç "Neftçi" ilə qalmaqallı matç (2:2) haqda danışarkən deyib.

86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan serbiyalı legioner oyunun nəticəsini hakimlərin müəyyənləşdirdiyini bildirib:

"İlk dəqiqələrdən qələbə üçün oynayırdıq. Sevinirəm ki, “Sabah” nəhayət öz gücünü nümayiş etdirə bilir.

Futbolçular meydanda bacardıqlarının ən yaxşısını nümayiş etdirdilər. Sona kimi döyüşdük. Lakin oyunun nəticəsini üçüncü amil müəyyənləşdirdi.

Amma biz qısa müddətdə bunu unutmalıyıq. Hamımız insanıq, hər kəs səhv edə bilər".

Serbiyalı legioner oyundan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasovun "Sabah"lı futbolçular haqqında "uzana-uzana oynadılar" dediyi fikirə də münasibət bildirib:

“Neftçi” Samir Abasovun rəhbərliyi altında yaxşı futbol nümayiş etdirir. Oyundan dərhal sonra gərginlik ən üst səviyyədə olur.

Fikrimcə, bu açıqlamalar sadəcə isti başla verilib. Rəqiblərimizə hörmət edirəm. Hamımız bu işdən çörək qazanırıq. Fikrimcə, buna görə, hörmət qarşılıqlı olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti