"Sabah"a transfer olunacağı gözlənilən azərbaycanlı futbolçu Ayaz Quliyev Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 4-cü turunun "Zirə" - "Sabah" oyununu (1:0) stadiondan izləyib.
26 yaşlı yarımmüdafiəçi matça "Sabah" rəhbərliyi ilə birgə Zirə İdman Kompleksinin stadionunun tribunasından baxıb.
"Ximki"nin yarımmüdafiəçisinin yaxın günlərdə "Sabah"la rəsmi müqavilə imzalayacağı gözlənilir. Klub dünən yeni transfer olacağının anonsunu verib.

