“Yer tutsalar belə, yuxarı liqaya çıxmayacaqlar” - Bu “İrəvan”, o “İrəvan”dır

25 Oktyabr 2023 01:50 Region Liqası 699
“Yer tutsalar belə, yuxarı liqaya çıxmayacaqlar” - Bu “İrəvan”, o “İrəvan”dır

AFFA-nın bayrağı altında keçirilən Region Liqasına son günlər daha bir klub qoşuldu.

Yarışın sosial şəbəklərdəki rəsmi səhifəsinin məlumatına görə, yeni mövsümdən etibarən Azərbaycan futbolunda növbəti "İrəvan” adlı klub mübarizə aparacaq.

Təbii ki, bu adı ilk növbədə ağıllara hazırda Birinci Liqada çıxış edən "İrəvan” gəlir. Son vaxtlar ətrafında xoş olmayan söz-söhbətlər səngimək bilməyən aşağı liqa təmsilçisi futbolçularına maaş verməkdə problem yaşayır.

Hətta bu səbəbdən ötən tur "İmişli” ilə matça da gedə bilməyiblər. Çünki futbolçular həm oyunları, həm də məşqləri boykot ediblər və pullarını almayana qədər oynamayacaqlarını bildiriblər.

Məsələ burasındadır ki, yeni yaranan və Region Liqasına qoşulan "İrəvan”ın loqosu Birinci Liqadakı klubla eynidir. Maraqlıdır, görəsən hər ikisi eyni klubdur?

Olmaya son söz-söhbətlərdən sonra rəhbərlik "İrəvan”ı yenidən yaradıb mübarizəyə qoşulmaq niyyətindədir? Sabah bu klub Birinci Liqaya yüksəlsə, problem yaranmayacaq ki?

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev qaynarinfo-ya danışıb.

Qurum rəsmisi həm yeni qoşulan klubun fəaliyyəti, həm də Birinci Liqadakı "İrəvan”ın ətrafında yaranan söz-söhbətlərə münasibətini bildirib:

(Region Liqasına yenicə qoşulan "İrəvan" İK)

"Region Liqasına yeni qoşulan "İrəvan” Birinci Liqadakı klubla eynidir. Sadəcə, onlar müsabiqədən kənar iştirak edəcəklər.

Yəni yer tutsalar, avrokuboklara getməyəcəklər, həmçinin yüksək liqalara da çıxmayacaqlar. Region Liqasının əsasnaməsinə görə, bu şəkildə iştiraka icazə verilir”.

Şahgəldiyev Birinci Liqadakı "İrəvan” ətrafında gedən söz-söhbətlərlə bağlı bunları deyib:

"Komandanın daxili işidir. Futbolçuların mətbuatda verdiyi müsahibələrə görə, rəhbərlik üzərinə düşən öhdəlikləri yerinə yetirmir, ödənilməli olan məvacibi ödəmirlər. Bu da futbolçulara siraət edib və onlar meydana çıxmaq istəmirlər. Bu, artıq klubun daxili işidir və təbii ki, futbolçularla dil tapmalıdırlar. Nəticədə "İmişli” ilə oyuna getmədilər. Bu məsələyə İntizam Komitəsində baxılıb hüquqi qiymət veriləcək”.

Maraqlıdır, klub daxilində yaranmış belə hallara görə onlar qurum tərəfindən hansısa şəkildə cəzalandırıla bilərlər?

"Cəzalandırmaq mümkündür. Bilirsiniz ki, Oyunçuların Statusu və Transferi Komitəsi var. Komitənin artıq bir ildir, yeni heyəti formalaşıb. Futbolçular ora müraciət edə bilərlər. Müraciətdən sonra qərar çıxarılır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…