Şuşanı təmsil edən yeni klub inadından dönmədi, məqsədinə çatdı

6 Mart 2023 17:40 Region Liqası 2 053
Şuşanı təmsil edən yeni klub inadından dönmədi, məqsədinə çatdı

Region Liqasında paytaxt zonasında qrup mərhələsinə yekun vurulub.

«B» yarımqrupunda mübarizə aparan «Difai» sonuncu matçına çıxıb.

Paşa Əliyevi sükan arxasına gətirən Qarabağ qazilərinin klubu «ASK Arena»da «Lokomotiv»in qonağı olub. Qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Şuşa təmsilçisi hesabı 2:0 edəndən sonra hamı «dəmiryolçular»ın asanlıqla təslim olacağını gözləsə də, bu, baş verməyib. Ev sahibləri ikinci yarıda status-kvonu bərpa edib.

«Difai» yalnız son dəqiqələrdə qələbə topunu vurub. Eşqin Tağıyev dubla imza atıbsa, digər qolu Bayram Paşazadə öz aktivinə yazıb.

Beləcə, debütant ilk ciddi uğuruna imza atıb. Vətən müharibəsində iştirak edənlərin komandası xal hesabında «Çinar»ı (Zəngilan) qabaqlayaraq qrup birincisi olub və pley-off mərhələsinə yüksəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti