COP29

“Neftçi” haqda danışmaq istəmirəm” – Acı yenilgiyə konkret səbəb göstərdi

3 Aprel 16:40 Qəbələ 1 765
“Neftçi” haqda danışmaq istəmirəm” – Acı yenilgiyə konkret səbəb göstərdi

“Qəbələ”nin 24 yaşlı müdafiəçisi Rauf Hüseynli Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda “Neftçi”yə evdə məğlub olduz (0:1). Xal və ya xallar qazanmağınız üçün nə çatmadı?

- Sonluq çatmadı. Real qol imkanları zamanı daha soyuqqanlı, daha keyfiyyətli davranmaq lazım idi. Ümumi planda pis oynamadıq, rəqibdən geri qalmadıq və çox sayda qol fürsətləri yaxaladıq.

- “Neftçi”nin bu cür görünməsinə təəccübləndin?

- Rəqib haqda danışmaq istəmirəm. Məni maraqlandıran “Qəbələ”nin oyunu və uğurur idi.

- İrəli xətdəki oyunçular qol vura bilmədilər. Lakin buraxdığınız qolda müdafiəçilərin səhvi var idi. Sanki bütün mövqelərdə problem var, tək məhsuldarlıqla bağlı deyil.

- Nə qədər yaxşı oynasaq da, rəqib istər-istəməz 1-2 qol imkanı yaradacaq. Bunu bütün oyunlarda görmək mümkündür. “Neftçi”nin qol vurduğu epizod mənə görə 100 faizlik qol vəziyyəti deyildi. Sadəcə, rəqib futbolçunun əlinə fürsət düşdü, qapımıza zərbə vurdu, o da qol oldu. Mənə görə komanda olaraq pis oynamadıq.

- Bu cür nəticələrdən sonra klub rəhbərliyinin komanda üzvlərinə münasibəti necədir?

- Yaxşıdır, hətta yüksəl səviyyədədir deyə bilərəm. Məşq etməyimiz, oynamağımız, rahatlığımız üçün hər cür şərait yaradırılar. Qalanı bizim üzərimizə düşən işdir. Qələbə qazanmalıyıq, başqa yolumuz yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!