Karyerasının ən çətin dövrünü açıqladı - "Qarabağ"ın qapıçısı

3 Aprel 11:00 Qarabağ 817
Karyerasının ən çətin dövrünü açıqladı - "Qarabağ"ın qapıçısı

"Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov karyerasının çətin dövründən danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Sport-express" nəşrinə açıqlamasında bildirib.

"Buna Lunyovun dirçəlişi deyə bilmirəm. Çünki külə çevrilməmişdim.

"Bayer 04"də çıxış edəndə zədə problemi yaşadım. Rəqib güclü olanda klub ona daha çox inanır.

Sonra "Qarabağ"da çıxış etmək variantı oldu. Burada oynamağa çalışıram", - deyə oyunçu söyləyib.

Andrey Lunyov cari mövsüm "Qarabağ"la Azərbaycan çempionu olub. O, 26 matçda 35 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti