Qurban Qurbanovla bağlı yayılan ŞOK XƏBƏR DOĞRUDURMU?

29 Mart 13:00 Qarabağ 6 260
Qurban Qurbanovla bağlı yayılan ŞOK XƏBƏR DOĞRUDURMU?

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddir.

Yerli “Yeni Asır” nəşrinin iddiasına görə, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb.

Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.

Üç ay öncə görəvə gətirlən portuqaliyalı sükançının müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

"Fotospor" isə iddia edib ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra buradan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır.

O da qeyd edilib ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur.

Saytımız bu xəbərlərlə əlaqədar araşdırma aparıb. "Qarabağ"ın çalışdırıcısının yaxın çevrəsindən redaksiyamıza bildirilib ki, Samet Aybabanın onunla kontakta girməsi yönündə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Nə adıçəkilən idman direktoru, nə də İstanbul təmsilçisinin digər funksionerləri Qurbanovla təmas qurmayıb.

Sonda o da diqqətə çatdırılıb ki, təcrübəli mütəxəssisin "Qarabağ"la vidalaşmaq fikri yoxdur və hamı bundan rahat ola bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"