Benzianın fantastik qoluna “Qarabağ”lı yoldaşlarının reaksiyası: “Mama mia” - VİDEO

29 Mart 20:00 Qarabağ 3 978
Benzianın fantastik qoluna “Qarabağ”lı yoldaşlarının reaksiyası: “Mama mia” - VİDEO

“Qarabağ”ın legioneri Yassin Benzia karyerasının bəlkə də ən parlaq dönəmini yaşayır.

“Köhlən atlar”ın heyətində sərgilədiyi möhtəşəm oyunla Əlcəzair millisinin baş məşqçisinin diqqətini çəkən 29 yaşlı yarımmüdafiəçi təxminən 6 illik aradan sonra yenidən yığma komandaya cəlb olundu.

Martın 22-də Boliviya ilə qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olan “Qarabağ”lı martın 25-də Cənubi Afrika ilə matçda 2 qol və 1 assistlə alqış qazanmağı bacardı.

Xüsusən 70-ci dəqiqədə vurduğu qol dərsliklərə salına biləcək vuruş idi. Rəqibin cərimə meydançasında topu sağ ayağı ilə havaya qaldırıb sol ayağı ilə başının üzərindən aşıraraq tora qovuşduran Benzia fantastik qola imzasını yazdırdı.

Yassinin vurduğu qol ölkəmizdə də böyük maraqla qarşılandı. Xəbər saytlarında və sosial şəbəkə hesablarında paylaşıldı, “köhlən atlar”ın azarkeşləri onun adına sevindi.

“Qarabağ”ın futbolçuları da boş dayanmır. Marko Yankoviç, Toral Bayramov, Nəriman Axundzadə kimi komanda yoldaşları baxımlı qolu öz səhifələrində paylaşaraq daha geniş kütləyə göstərməyə çalışdı.

Səbəbkarın özü də səhifəsində bununla bağlı video yerləşdirib və Əlcəzair millisinə təşəkkür edib. “Qarabağ”ın bəzi futbolçuları videoya bu sözlərlə reaksiya verib:

Kevin Medina: “Mama mia”.

Maksim Medvedev: “Fantastika”.

Abdullah Zubir: “Məhtəşəm trek”.

Romao: “Dəli”.

Yassin Benzia cari mövsümdə “Qarabağ”ın heyətində bütün yarışlarda meydana çıxdığı 41 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Həmin qolun videosunu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"