“Qarabağ” Avropada “at oynadan” 6 komanda arasında - FOTO

02:10 Qarabağ 139
“Qarabağ” Avropada “at oynadan” 6 komanda arasında - FOTO

Çempionlar Liqasında 2-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda “Kopenhagen”ə (Danimarka) qalib gəlməklə (2:0) xalını 6-ya yüksəldib.

Bu nəticə ilə Ağdam təmsilçisi 36 komandanın yer aldığı turnir cədvəlinin ən üst pillələrinə qalxıb.

Qurban Qurbanovun komandası 2-ci turu 6-cı yerdə başa vurub. Azərbaycan təmsilçisi yalnız vurulan və buraxılan topların nisbətinə görə bu mövqedədir.

İkinci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb. Onlardan da biri “Qarabağ”dır.

Digər komandalar isə 4 və daha az xal toplayıb ki, onların sırasında nəhəng komandalar da var.

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 05:20 İndi neçənciyik?