
Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının ikinci turu çərçivəsində Danimarkanın “Kopenhagen” komandasını 2:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl matçdan sonra açıqlama verib:
“Biz bu yaxınlarda zəfərimizi yad etdik. Mən bu möhtəşəm tarixi qələbəni əziz şəhidlərimizə, qazilərimizə, xalqıma və Kopenhagendə olan Prezidentə həsr edirəm.
Bu, möhtəşəm bir zəfərdir, çox qürurluyuq. Artıq bütün dünya “Qarabağ”dan danışır və danışacaq.
Bu oyun sübut etdi ki, “Benfika” təsadüfi deyildi, “Qarabağ” Avropada oyununu oynayır və Avropanın ən böyük klublarına qarşı öz stilini sübut edir.
Güman edirəm ki, komandamız bundan sonrakı oyunlarda da Azərbaycanın, Qarabağın adını zirvələrə ucaldacaq.
Komandanın Prezidenti kimi, hər zaman qələbə qazanmalıyıq kimi gözləntim yoxdur. Gözləntim sadəcə budur ki, ürəklə, canla-başla necə ki bu oyunları keçirək, həmçinin digər oyunlarda da əlimizdən gələni edək.
Komandamızın 4-cü sırada olması möcüzəvidir. Hesab edirəm ki, 1-2 bərabərlik, bir zəfər də olsa, bəlkə də bir sonrakı tura adalaya bilərik.
Artıq belə bir hədəfimiz var. Növbəti turda İspaniyaya səfər edəcəyik. Əvvəl “Atletiko Madrid”lə oynamışıq.
Hər 2 oyunda axır 20 dəqiqədə 1 xaldan az oynamışıq. Biz özümüzə inanırıq və xalqımıza möcüzəvi bir tarix yaşatmaq istəyirik”.
“Qarabağ” bundan əvvəlki rəqibi olan “Benfika” üzərindəki möhtəşəm qələbəni də Azərbaycan Prezidenti İlham Əliyevə həsr etdiyini açıqlamışdı.