"Qarabağ"lı gənclər yenə biabırçı məğlubiyyət aldı

15:54 Qarabağ 559
"Qarabağ"lı gənclər yenə biabırçı məğlubiyyət aldı

“Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Bakıda "Kopenhagen"lə (Danimarka) qarşılaşıb.

"Azərsun Arena"da keçirilən matç saat 14:00-da başlayıb. Azərbaycan təmsilçisi 0:5 hesabı ilə acınacaqlı məğlubiyyətə uğrayıb.

“Kopenhagen”in qollarını Ankamafio (20-ci dəq.), Olsen (22), Dadason (28) və Frimpong (63, 79) vurublar. Bu nəticədən sonra hesabında 0 xalı olan “Qarabağ”ın U-19 komandası 35-ci yeri tutur.

“Qarabağ"ın U-19 kollektivi ilk turda səfərdə "Benfika"ya da ağır hesabla uduzmuşdu - 1:7.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 18:00 Premyer Liqanın KİMSƏSİZİ