“Kopenhagen”lə matçda Qarabağ atları meydan edəcək - FOTO

1 Oktyabr 2025 00:40 Qarabağ 548
“Kopenhagen”lə matçda Qarabağ atları meydan edəcək - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” – “Kopenhagen” matçı keçiriləcək. Oyun öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Qarabağ”ın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Belə ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuracaq. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.

Bildirilir ki, dövrə stadionun atletika zolağında 19:35-də start götürəcək.

“Qarabağ” – “Kopenhagen” qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti