
"Türkiyə klubları "Qarabağ"a görə danlanır".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində "Benfika"ya qalib gəlməsinin Türkiyə mediasında yaratdığı rezonansdan danışıb.
Tanınmış teleşərhçi bildirib ki, "köhlən" atlar" Portuqaliyada qazandığı tarixi zəfərlə "Fənərbağça"nı yerli pressanın tənqid obyektinə çevirib.
Həmkarlarlarımız "Qarabağ"ın kiçik büdcəylə əldə etdiyi uğurların İstanbul nəhənginə nümunə olduğunu qeyd edir.
E.Abbasov deyib ki, "Qalatasaray" ilk turda "Ayntraxt"a səfərdə 1:5 hesabıyla uduzub.
Ekspert qeyd edib ki, əgər Ağdam təmsilçisi Almaniya klubunu da üstələsə, Türkiyə mətbuatı "cim-bom"u "ağ yuyub, qara sərəcək".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN