Məşhur şəxs: "Mourinyonun cavabını "Qarabağ" verdi" - VİDEO

09:50 Qarabağ 279
Məşhur şəxs: "Mourinyonun cavabını "Qarabağ" verdi" - VİDEO

«Joze Mourinyonun cavabını «Qarabağ» verdi».

Bu sözlər Türkiyənin tanınmış keçmiş futbolçusu Nihat Kahveçiyə məxsusdur.

Hazırda şərhçi kimi fəaliyyət göstərən məşhur «Beşiktaş»lı növbəti dəfə «Qarabağ»ın Çempionlar Liqasında qazandığı zəfərdən danışıb.

O, Ağdam klubunun qitənin ən mötəbər yarışının əsas mərhələsinə «Benfika» üzərində qələbə (3:2) ilə başlamasının «Fənərbağça»nın sabiq baş məşqçisinə tutarlı cavab olduğunu bildirib:

«Mourinyo Türkiyədə çalışarkən «Benfika»nı çox tərifləmişdi. «Fənər»in onlara uduzub, Çempionlar Liqası ilə vidalaşmasını adi qarşılamışdı.

«Qarabağ» qarşıda «Ayntraxt»la da oynayacaq. İndi hamı deyir ki, «Qalatasaray»ın almanlara məğlubiyyətinin (1:5) revanşını da «Qarabağ» alsın.

Mən ikinci dəfə buradan «Qarabağ»ı möhtəşəm qələbə münasibətilə təbrik etmək istəyirəm».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti