Premyer Liqada yalnız “Qarabağ”ı seçdi və... Kolumbiyalı

01:50 Qarabağ 84
Premyer Liqada yalnız “Qarabağ”ı seçdi və... Kolumbiyalı

Azərbaycan Premyer Liqasının 6-cı turu Kevin Medina üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.

Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.

32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.

Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:30 Çək və bizə göndər!
27 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM