
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ikinci oyununu oktyabrın 1-də keçirəcək.
Rəşad Sadiqovun çalışdırdığı kollektiv həmin gün Bakıda “Kopenhagen”lə üz-üzə gələcək.
“Köhlən atlar” bu qarşılaşmadan öncə sevindirici xəbər alıb. Klub rəhbərliyi adını iştirak ərizəsinə saldığı legionerlərin sənəd problemini həll edə bilib.
Bunlar Həbib Qədimov (Rusiya), Ahmet Levent Gülenç (Türkiyə), Toheeb Abiodun və Muyideen Oludedir (hər ikisi Nigeriya).
“Qarabağ”ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev bu haqda Sportinfo.az-a açıqlama verib:
“Onların viza məsələsini həll etmişik. Problem əsasən afrikalı futbolçularla bağlı yaranır.
Oradan gələnlərə «şengen» almaq xeyli vaxt aparır. Düşünürəm ki, yeni oyunçuların gəlməsi ilə komandamız güclənəcək.
Bizim üçün bir nömrəli məsələ belə oyunlarda təcrübə qazanmaqdır“.