Nəriman “Qarabağ”ın məşqçilərinin gözünü yoldan çəkdi

26 Sentyabr 2025 01:50 Qarabağ 1 173
Nəriman “Qarabağ”ın məşqçilərinin gözünü yoldan çəkdi

Azərbaycan millisinin düşərgəsində zədələnən və bu səbəbdən "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunda "Benfika"ya qarşı səfər matçında (3:2) oynaya bilməyən Nəriman Axundzadənin son vəziyyətinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı forvard artıq məşqlərə başlayıb.

"Qarabağ" ÇL-in 2-ci turunda "Kopenhagen"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüşün start fiti oktyabrın 1-də saat 20:45-də səsləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO