
"Qarabağ"ın U-19 komandası sabah UEFA Gənclər Liqasında ikinci oyununa çıxacaq.
Rəşad Sadiqovun çalışdıdığı kollektiv Bakıda "Kopenhagen"i qonaq edəcək.
Klubun prezidenti Tahir Gözəl bu matçdan öncə gənclərə sahib çıxıb.
O, ilk turda "Benfika"ya 1:7 hesablı ağır məğlubiyyət alan futboluçlara ürək-dirək verib. Onların çox üzgün olduğunu görən başqan təqribən 30 dəqiqə söhbət edib, çətin gündə yanlarına olduğunu bildirib.
Komandaya mənəvi dəstək nümayiş etdirən Gözəl belə məğlubiyyətlərlə böyüməyin vacibliyini diqqətə çatdırıb.
Bildirib ki, uduzmaq olar, amma sonadək mübarizə aparmaq vacibdir.
Qeyd edib ki, "Qarabağ" uşaq-gənclər futbolunda irəliyə addımlar atmaq istəyir və o, bu yolda hər şeyi gözə alıb.
Prezident söyləyib ki, avrokuboklarda təcrübə toplamaq və hər oyunda rəqiblərə ruh yüksəkliyi ilə müqavimət göstərmək lazımdır.
SPORTİNFO.AZ