“Sportinfo”nun xəbəri Afrika KİV-də: Məşhur hücumçu buna görə “Qarabağ”a gəlmək istəyir

16 May 00:30 Qarabağ 741
“Sportinfo”nun xəbəri Afrika KİV-də: Məşhur hücumçu buna görə “Qarabağ”a gəlmək istəyir

Kamerun millisinin hücumçusu Vensan Abubakarın adının “Qarabağ”la birgə hallanması ulduz futbolçunun ölkəsində geniş müzakirə mövzusuna çevrilib.

Məlumatda 33 yaşlı forvardın nümayəndələrinin hazırda “Qarabağ”la danışıqları davam etdirdiyi yazılıb.

“Hatayspor”dan ayrıldığı üçün hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb.

O, yenidən UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən, bu varianta biganə deyil.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Əl Nəsr” kimi tanınmış klubların formasını geyinib.

V.Abubakarın “Qarabağ”a keçəcəyi ilə bağlı ilk xəbəri Sportinfo.az yayıb (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/220775.html).

Digər Xəbərlər
Xəbər Lenti