Təcili görüşdü, razı saldı, “Qarabağ”a qayıtmasını əngəllədi - SON DƏQİQƏ

17 Aprel 15:00 Qarabağ 10 143
Təcili görüşdü, razı saldı, “Qarabağ”a qayıtmasını əngəllədi - SON DƏQİQƏ

Bugünlərdə Rusiya mətbuatında “Krasnodar”ın vingeri Kadi Borgesin “Qarabağ”a qayıtmaq istədiyinə dair yeni xəbərlər yayılıb.

“RB Sport” saytı Ağdam klubunun braziliyalı legionerə illik 1,2 milyon avro maaş ödəməyə hazır olduğunu iddia edib.

Məlumata görə, Kadi avrokuboklarda oynamaq üçün “Krasnodar”dan getməyə hazırdır. Onun yeni mövsümdə sabiq komandası “Qarabağ”la Çempionlar Liqasında oynamaq istədiyi də bildirilir.

O da qeyd edilib ki, bu məqsədlə braziliyalı futbolçu “Qarabağ”da “Krasnodar”la müqayisədə daha az pula oynamağa hazırdır.

Onun hazırda Rusiyada ilinə 1,7 milyon avro gəlir əldə etdiyi qeyd olunur. Bununla belə, 1,2 milyon avro mümkün illik maaş isə “Qarabağ”da futbolçular arasında rekord gəlir olacaq.

Kadi Borgesin agenti Helsio Roberto bugünlərdə verdiyi açıqlamada braziliyalı oyunçunun "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, futbolçunun Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib: “Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”da hər şeydən razıdır”.

Ukrayna müharibəsi ilə əlaqədar Rusiya klubları 2022-ci ilin fevralından avrokuboklardan uzaqlaşdırılıb və bu qərarın hələ uzun müddət qüvvədə qalacağı gözlənilir.

Kadi Borges 2023-cü ilin yanvarında “Qarabağ”dan ayrılaraq “Krasnodar”a keçib. Onun ruslarla 2026-cı ilin yayına kimi müqaviləsi var.

“Köhlən atlılar“ın 5 milyon avroya satdığı cənubi amerikalı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Belə ki, “Krasnodar“ın yeni baş məşqçisi Murad Musayevin “sambaçı“ ilə görüşdüyü bildirilir.

Verilən xəbərdə deyilir ki, “Sabah“dan yaxşı tanıdığımız mütəxəssis Kadini burada qalmağa razı salıb.

Musayev onu Azərbaycanda oynadığı vaxtlardan yaxşı tanıdığını, xidmətində maraqlı olduğunu və İvitsa Oliçdən daha çox şans verəcəyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU