"Qarabağ"da qalmaq istərdim, amma seçim etməliyəm"

2 Aprel 01:10 Qarabağ 9 115
"Qarabağ"da qalmaq istərdim, amma seçim etməliyəm"

"Karyeramın sonu yaxınlaşır".

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “metaratings.ru” saytına müsahibəsində deyib.

Kapitan karyerasını bitirdikdən sonra da bu sahədə qalmağı planlaşdırdığını bildirib:

“Futbolda qalmaq, biliklərimi yeni nəsillərə ötürmək istərdim. Gənclərlə ünsiyyət qururam, onlara doğru yolu göstərirəm, stresdən necə çıxmalı olduqlarını izah edirəm.

Komandada qalmaq istərdim, amma seçim etməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çoxlu sahələr var”.

"Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən əsas komandada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti