"Qarabağ"ın funksioneri: "Bu, bizim üçün bir nömrəli məsələdir"

1 Aprel 14:20 Qarabağ 492
"Qarabağ"ın funksioneri: "Bu, bizim üçün bir nömrəli məsələdir"

«Belə turnirlər bizim üçün çox vacibdir, hətta deyərdim ki, bir nömrəli məsələdir ».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın akademiyasının baş kordinatoru Aftandil Hacıyev deyib.

Ağdam təmsilçisinin 3 yaş qrupu üzrə komandası Belarusun paytaxtı Minskdə keçirilən «Biziim gələcəyimiz» beynəlxalq turnirində iştirak edib.

Onlardan 15 yaşlılar 5-ci yeri tutubsa, U-13 səkkizinci pillə ilə kifayətlənib. Asif Əlizadənin çalışdırdığı U-14 isə yarışı çempion olaraq bitirib.

A.Hacıyev «Bizim gələcəyimiz»dən maksimum dərəcədə yararlanmağa çalışdıqlarını söyləyib:

«Bu cür turnirlər uşaq və yeniyetmələrin gözünü açır, böyük futbolun sirlərini onlara daha tez öyrədir. Bizim komandalar indiyədək belə yarışlarda az iştirak edib.

Ona görə də həyacan hiss olunurdu. Bir baxın, Minsk «Dinamo»sunun 15 yaşlıları buvaxtadək 15-ə yaxın beynəlxalq turnirdə mübarizə aparıb.

Əlbəttə, onların qazandığı təcrübəylə bizimkiləri eyni tutmaq olmaz. «Qarabağ»a gəldiyim gündən iki istəyim olub.

Akademiyanın şəratinin daha da yaxşılaşdırılması və beynəlxalq turnirlərə tez-tez getmək. Müxtəlif ölkələrdən olan komandalarla qarşılaşan uşaq və yeniyetmələrimiz atıq müəyyən bir təcrübə qazandı.

Oyundan-oyuna bu fərqi gördük. Hər üç komandamızdan yaxşı mənada seçilənlər çox oldu. Biz gərək bu cür də davam edək».

Digər Xəbərlər
Xəbər Lenti