"Almaniya ilə müqayisədə Azərbaycanda xərclərim azalıb"

1 Aprel 08:40 Qarabağ 461
"Almaniya ilə müqayisədə Azərbaycanda xərclərim azalıb"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın sport24.ru saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı kiper Azərbaycandakı xərcləri barədə danışıb.

O deyib:

"Almaniya ilə müqayisədə Azərbaycanda xərclərim azalıb. Orada təkcə evin və maşının icarəsinə ayda 5000 avro xərcləyirdim.

Azərbaycanda isə 1500 evə, 1000 maşına gedir. Uşaq baxçası üçün xərc çox xırdadır.

Benzin də çox pul aparır. Bir ayda ümumən hardasa 4000-5000 avro xərcim çıxır".

Digər Xəbərlər
Xəbər Lenti