"Qarabağ"ın qapıçısı nə istəyir? - "Mən bunu bu günə qədər nadir hallarda etmişəm"

1 Aprel 00:50 Qarabağ 3 194
"Qarabağ"ın qapıçısı nə istəyir? - "Mən bunu bu günə qədər nadir hallarda etmişəm"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə Rusiya mətbuatına açıqlama verib.

"Düzünü desəm, penaltilər zamanı qapıçının xəttin üzərində dayanması hücumçuların xeyrinədir. Kimsə deyirdi ki, zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsəydi, az-çox normal olardı.

Bunu özüm üçün deyirəm. Başqaları bəlkə də penalti zərbələrini qaytarır, amma mən bu günə qədər nadir hallarda bunu etmişəm.

Ona görə də sözügedən qaydanı dəyişmək olar”, - deyə Lunyov bildirib.

Andrey Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti