“Qarabağ”ın ”11”i bu ölkələrdə hansı reaksiya doğurdu? - FOTOLAR

31 Mart 14:25 Qarabağ 1 733
“Qarabağ”ın ”11”i bu ölkələrdə hansı reaksiya doğurdu? - FOTOLAR

Türkiyə və Rusiyanın tanınmış media qurumları “Qarabağ”ın 11-ci dəfə Azərbaycan çempionu olması barədə xəbərlər yayımlayıblar.

Sportinfo.az xəbər verir ki, Türkiyənin nüfuzlu “Sabah”, “Axşam”, “Aydınlık”, “Yeni Şafak”, “Fotospor” qəzetləri, eləcə də “beİN Sports Türkiyə”, “Haberturk” telekanallarının saytları “Qarabağ”ın “Kəpəz”a qalib gələrək (6:1) çempionatın bitməsinə 8 tur qalmış liqanın qalibi olduğunu yazıb.

sporx.com saytı isə xəbəri “Azərbaycanda ənənə dəyişmədi: “Qarabağ” çempion” başlığı ilə yayımlayıb.

Rusiya mediası isə əsas fikri futbolçuları Andrey Lunyovun “Qarabağ”la Azərbaycan çempionu olmasına yönəldib.

“Sport-ekspress”, “Sovetski sport” qəzetləri, TASS və RBK agentlikləri, “Matç TV”nin saytı, championat.com bununla bağlı xəbərlər paylaşıblar.































Digər Xəbərlər
Xəbər Lenti