Bu da “Qarabağ”ın sevinc içində mahnı oxuyan əcnəbisi - VİDEO

30 Mart 23:40 Qarabağ 627
Bu da “Qarabağ”ın sevinc içində mahnı oxuyan əcnəbisi - VİDEO

Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Şimal qərb qonşularımız həlledici oyunda Yunanıstanı penaltilər seriyasında üstələməklə istəyinə çatdı.

AVRO-2024-ün final mərhələsində Azərbaycan Premyer Liqasında top qovan futbolçu da olacaq.

Bu, “Qarabağ”ın və Gürcüstan seçməsinin qapıçısı Luka Quqeşaşvilidir. Düzdür, 24 yaşlı qolkiper ehtiyatda qalır. Lakin ölkəsinin millisinə mütəmadi dəvət alır.

Tarixi hadisənin ardınca Luka sosial şəbəkə hesabında paylaşım edərək bu sözləri yazıb:

“AVRO2-2024 gəlir. Mən gürcüyəm, həm də Avropalıyam”.

“Qarabağ”ın qapıçısı Yunanıstanla oyundan sonra Tiflisdə yaşanan bayram ab-havasını izləyicilərinə təqdim edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti