"Azərbaycan və Rusiya futbolu arasında ziddiyyət var"

30 Mart 14:20 Qarabağ 441
"Azərbaycan və Rusiya futbolu arasında ziddiyyət var"

"Azərbaycan və Rusiya futbol liqaları arasında bənzərlik azdır.

Azərbaycanda yüksək liqada 10 komanda oynayır.

Bu, Rusiya ilə ziddiyyət təşkil edir (Rusiyada 16 komanda - red.). Bundan başqa, tribunalar yarıboş olur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın sport24.ru saytına müsahibəsində deyib.

O deyib ki, Rusiyada, məsələn, Voronej, Krasnodarda azarkeş çox olur, "Zenit"in oyunlarında da tribunalar demək olar ki, dolur:

" Düzdür, əvvəlkitək deyil, amma yenə də yaxşı sayda azarkeş gəlir. Aydın məsələdir ki, fanatlarsız futbol o deyil.

Azərbaycanda isə stadionların 10-15 min tutumu var, amma 2-3 min azarkeş gəlir. Bu, kədərli mənzərədir".

Digər Xəbərlər
Xəbər Lenti