"Qarabağ" Avropaya elə bir səs salıb ki... MARAQLI VİDEO

30 Mart 2024 09:40 Qarabağ 635
"Qarabağ" Avropaya elə bir səs salıb ki... MARAQLI VİDEO

“Qarabağ“ bu il “köhnə dünya“nı təəccübləndirdi.

Azərbaycan çempionu Avropa Liqasında “Bayer“in ardından ikinci yer tutaraq, tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazandı.

“Köhlən atlılar“ burada da dayanmadı: Çempionlar Liqasından gəlmiş “Braqa“nı mübarizədən kənarlaşdırdılar. Və yenə yollarının üstünə “Bayer“ çıxdı.

Bu dəfə hər şey Almaniya nəhəngi üçün çox fərqli keçdi. Qrupda özünü suda balıq kimi hiss etmiş Bundesliqanın lideri “Qarabağ“ı tanıya bilmədi,

Bakıda məğlubiyyətdən qaçdılar, Leverkuzendə isə ingiltərəli referinin köməyi ilə ¼ final mərhələsinə vəsiqə qazandılar.

Qurban Qurbanov və komandasının Avropaya səs salan avro-macərası haqda promo video hazırlanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti