“Qarabağ” mövsümün sonuna qədər qayıtmayacaq

29 Mart 17:40 Qarabağ 468
“Qarabağ” mövsümün sonuna qədər qayıtmayacaq

“Qarabağ” cari mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, arenada əsaslı təmir-bərpa işləri aparıldığından, Ağdam təmsilçisi mövsümün qalan ev matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Komanda XXIX turda “Səbail”i, XXXI turda “Qəbələ”ni, XXXIII turda “Neftçi”ni, XXXV turda isə “Turan Tovuz”u mərkəzi arenada qəbul edəcək.

“Qarabağ” cari mövsümün əvvəlində 5 ev görüşündə rəqiblərini “Azərsun Arena”da sınağa çəkib.

Həmin stadionda son çempionat matçı Premyer Liqanın VIII turu çərçivəsində 2023-cü il sentyabrın 29-da “Sumqayıt”a (5:0) qarşı oynanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!