"Qarabağ"a qənim kəsilən forvard "Beşiktaş"ın hədəfində

29 Mart 2024 15:20 Qarabağ 877
"Qarabağ"a qənim kəsilən forvard "Beşiktaş"ın hədəfində

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Bayer"də çıxış edən Patrik Şikdir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" çexiyalı hücumçunu icarəyə götürmək və ya birdəfəlik transfer etmək variantları üzərində işləyir.

Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin nyayında "Roma"dan transfer edib. 28 yaşlı forvard bu 9mövsüm Avropa Liqası 1/8 final mərhələsinin oyunlarında "Qarabağ"a 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti