"Qarabağ" AVRO-2024-də iştirak edəcək legionerinə diqqət göstərdi

28 Mart 13:20 Qarabağ 1 073
"Qarabağ" AVRO-2024-də iştirak edəcək legionerinə diqqət göstərdi

"Qarabağ"ın legioneri Luka Quqeşaşvilinin şərəfini qoruduğu Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu gürcünü bu münasibətlə təbrik edib:

"Təbriklər, Luka!

Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib".

Quqeşaşvili Gürcüstan millisinin ehtiyat qapıçısıdır. O, Yunanstanla matçda da ehtiyatda olub.

Gürcüstan komandası pley-off görüşündə Yunanıstanı penaltilər seriyasında məğlub edərək Almaniyada keçiriləcək qitənin əsas turnirinə yollanıb.

Qonşu ölkə millisi AVRO-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!