“Qarabağ”ın futbolçuları sevginin qarşılığını necə verdi? - VİDEO

27 Mart 20:40 Qarabağ 793
“Qarabağ”ın futbolçuları sevginin qarşılığını necə verdi? - VİDEO

“Qarabağ”ın avrokuboklardakı inamlı çıxışı gənclərdə futbola və futbolçulara olan marağı artırmaqdadır.

“Köhlən atlar”ın üzvləri getdikləri hər yerdə özlərinə qarşı sevgi və diqqət görürlər.

Millinin Monqolustan və Bolqarıstanla görüşləri zamanı yığmanın heyətindəki “Qarabağ”lılar yenə diqqət mərkəzindəydi.

Monqolustanla oyundan əvvəlki məşqin yekununda çox sayda gənc Bəhlul Mustafazadə ilə Bədavi Hüseynovun qarşısını kəsərək onlarla şəkil çəkdirmək və tanınmışlardan imza almaq istəyini gizlətmədi.

Bəzi futbolçular bu cür anlarda özlərini “göyün yeddinci qatına qaldırmaqla” diqqət çəkməyi bacarırlar. Lakin Bədavi ilə Bəhlul səbr nümayiş etdirib onlara yaxınlaşan gənc qız və oğlanların arzusunu həyata keçirdilər.

HƏBİB / SPORTİNFO.AZ

Xoş anların görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"