Benzia ilə bağlı yaranmış narahatlığa "Qarabağ" dan REAKSİYA

27 Mart 16:40 Qarabağ 6 250
Benzia ilə bağlı yaranmış narahatlığa "Qarabağ" dan REAKSİYA

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisində uğurlu çıxışı ilə yadda qalıb.

4 gün öncə Boliviyaya qarşı keçirilmiş matçda qol vurmuş 25 yaşlı yarımmüdafiəçi "FİFA series - Edition 2024" çərçivəsində bu dəfə CAR millisi ilə keçirilmiş matçda fərqlənib.

O, bərabərliklə bitən qarşılaşmada (3:3) 2 qol vurub və 1 məhsuldar ötürmə etməyi bacarıb.

Matçın ən yaxşısı seçilən Benziya sona kimi meydanda qala bilməyib.

Buna səbəb 70-ci dəqiqədə vurduğu ikinci qol zamanı ayağında ağrılar hiss etməsi olub.

Hətta bu səbəbdən futbolçu vurduğu baxımlı qola doyunca sevinə bilməyib.

Amma 74-cü dəqiqədə əvəzlənən "Qarabağ"lı ilə bağlı narahatlığa əsas yoxdur.

Bu barədə məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

"Benzia plan üzrə sabah komandaya qoşulacaq. Həkimlər zədəsi barədə Benzia ilə danışıblar. Bildirib ki, ciddi bir şey yoxdur. Sadəcə o anda ayağında sudurqa olub. Hazırda özünü normal hiss edir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!