ŞOK ETİRAF VİDEOsu: "Qarabağ"a görə qapı-qapı düşüb dilənmişəm"

27 Mart 14:00 Qarabağ 3 834
ŞOK ETİRAF VİDEOsu: "Qarabağ"a görə qapı-qapı düşüb dilənmişəm"

«Mən «Qarabağ»ın ən çətin vaxtlarında ona kömək etmişəm».

Bu sözlər millət vəkili Aqil Abbasa aiddir.

«Space» kanalında Amil Xəlilin suallarını cavablandıran deputat bir vaxtlar Ağdam klubunun prezidenti olduğunu, təqribən 20 il əvvəl bu postu tərk etdiyini xatırladıb.

Parlamentarii bildirib ki, «Qarabağ» hazırkı səviyyəsinə çatmaqdan ötrü çox çətin dönəmlərdən keçib:

«Vaxt olub ki, qapı-qapı düşüb dilənmişəm. Çünki komanda ağır vəziyyətdə idi.

Elə futbolçular var idi ki, dörd aydır maaş almırdı. Sonra klubu Abdulbarı Gözələ verdilər.

İndi də burada mənə münasibət yaxşıdır. «Qarabağ»ın oyunlarına VİP-biletlər verirlər.

Mən də dostlarımla birgə stadiona gedirəm. Orada da bizim üçün yemək-içmək təşkil edirlər».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"