Avropanın məşhur klubunu “Qarabağ”a dəyişməsinin səbəbi var imiş… DEDİ!

27 Mart 12:40 Qarabağ 2 861
Avropanın məşhur klubunu “Qarabağ”a dəyişməsinin səbəbi var imiş… DEDİ!

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov məhz bu kluba keçmək qərarına gəlməsinin səbəbini açıqlayıb.

“Mən “Qarabağ”a konkret məqsədi həyata keçirmək üçün - özümü sübut etmək üçün gəlmişəm. Zədədən, oyun vaxtı və səhhət baxımından “Bayer”dəki uğursuz dönəmdən sonra dəqiq məqsədim var idi.

Sadəcə olaraq stabil vəziyyətimə və futbola qayıtmaq”, - “MatchTV” Lunyovun sözlərindən sitat gətirib.

Lunyov 2021-2023-cü illərdə Almaniyanın “Bayer” klubunun futbolçusu olub, lakin üç matçda çıxış edərək bu komandada heç vaxt möhkəmlənə bilməyib.

32 yaşlı rusiyalı qolkiper 2023-cü ilin avqustunda Azərbaycan təmsilçisi ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!