"Qarabağ" axtardığı vingeri tapdı, razı saldı, amma… TRANSFER BAZARLIĞI

23 Yanvar 2024 14:40 Qarabağ 10 778
"Qarabağ" axtardığı vingeri tapdı, razı saldı, amma… TRANSFER BAZARLIĞI

«Qarabağ» sağ cinah yarımmüdafiəçisi mövqeyinə istədiyi legioneri tapıb.

Bu barədə Ağdam klubundan məlumat əldə etmişik.

Redaksiyamıza verilən informasiyaya görə, hazırda tərəflər arasında danışıqlar son mərhələdədir. Qurban Qurbanovun sərəncamında görməyi arzuladığı vinger Avropa komandalarından birində forma geyinir.

O, «köhlən atlılar»la şəxsi müqavilə şərtlərini razılaşdırıb. Açıq qalan əsas məsələ iki klub arasında təzminata dair fikir ayrlığıdır.

Qarşı tərəf «Qarabağ»dan 500 min dollar təzminat tələb edir. Azərbaycan çempionunun ödəməyə hazır olduğu məbləğ isə hələlik 300-320 min avrodan o tərəfə keçmir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti