Macarıstan "Ferentsvaroş"u "Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusu ilə yollarını ayırmaq istəyir.
Sportinfo.az yerli "Goal.com/hu" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 26 yaşlı hücumçunu İspaniyadakı təlim-məşq toplanışına da aparmayıb.
Türkiyədən "Sivasspor"un qanalı forvardla maraqlandığı və onun üçün rəsmi təklif göndərdiyi də vurğulanıb.
Kvabena Ovusu 2020-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinib.

