“Fasilə müddəti həddindən artıq az idi“.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı 2-3 turdan sonra komandasının əvvəlki formasını bərpa edəcəyini söyləyib:
“Əvvəldən də qeyd etmişdim ki, bizim futbolçulara istirahət daha çox lazım idi. Ölkə xaricinə gedib güclü rəqiblərlə 2-3 oyun keçirsəydik, bizim üçün ağır olardı.
Çünki hələ tam özümüzə gəlməmişik. Çempionatda 2-3 matçdan sonra komanda tam öz oyununa qayıdacaq”.

