“Bayern”in sabiq futbolçusu Duqlas Kosta karyerasını Türkiyədə davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin “Samsunspor”a keçəcəyini bildirilib.
33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayacaq.
Braziliya millisinin sabiq üzvü son olaraq “Los-Anceles Qalaksi”də çıxış edib.
Yerli mətbuatda “Qarabağ”ın Kostanı transfer etmək istədiyi bildirilirdi.

