"Qarabağ"ın futbolçusu Marko Yankoviç “İnstaqram”da izləyiciləri üçün şəkil paylaşıb.
Şəkildə onun qolunun birinin sarğıda olması diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, oyunçunun son durumu ilə bağlı qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, 28 yaşlı yarımmüdafiəçi son məşqlərdən birində qolundan zədə alıb. O, bir neçə məşqi buraxacaq. Amma zədə çox ciddi deyil.
Klub rəsmisinin sözlərinə görə, Yankoviçin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı ilk matça (15 fevral) kimi hazır olacağı gözlənilir.
Futbolçu Misli Premyer Liqasında yanvarın 23-ü keçiriləcək "Araz-Naxçıvan"la görüşü isə buraxacaq.


