"Qarabağ"da oynaya bilməyəcək: ŞOK edən paylaşım! - FOTO

21 Yanvar 2024 09:00 Qarabağ 2 112
"Qarabağ"da oynaya bilməyəcək: ŞOK edən paylaşım! - FOTO

Marko Yankoviç "Qarabağ"sevərləri üzəcək paylaşımla yadda qalıb.

Söhbət 28 yaşlı yarımmüdafiəçinin sosial şəbəkə hesabındakı paylaşımından gedir.

Monteneqro millisinin üzvünün “instaqram”da izləyiciləri üçün yayımladığı fotosunda onun əlinin birinin sarğıda olması diqqət çəkib.

Ağıllara ilk gələn fikir isə “görəsən, onun qolu sınıb?” olub.

Düzdü, orta sahə oyunçusu son məşqdə xəsarət alıb.

Lakin narahatlığa ciddi əsas yoxdur.

Çünki durumu ağır deyil. Hər hansı qırıq və ya çat yoxdur.

O, bərpası üçün sadəcə bir neçə məşqi buraxacaq.

“Atlılar”ın vacib fiquru bir də Premyer Liqanın 19-cu turunun “Araz Naxçıvan”la görüşünü kənardan izləməli olacaq.

Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən "8 nömrə" komandanın liderlərindən biri hesab olunur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti