“Qarabağ” Rahil Məmmədovla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Polşada - LKS-də davam etdirəcək.
Ağdam klubunun mətbuat xidməti bu barədə açıqlama yayıb. Məmmədova “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıblar.
“Qarabağ” müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib. Rahil bu gün LKS-lə 1,5 illik müqaviləyə imza atıb.

