Elvin yoldaşlarına "meydan oxudu", önünə Benziya çıxdı - "Qarabağ"dan YENİ VİDEO

23 Yanvar 2024 19:00 Qarabağ 1 050
Elvin yoldaşlarına "meydan oxudu", önünə Benziya çıxdı - "Qarabağ"dan YENİ VİDEO

Ötən il "Qarabağ"ın ən formada olan futbolçularından biri də Elvin Cəfərquliyev oldu.

23 yaşlı futbolçu meydana çıxdığı 33 matçda 5 asistlə yadda qaldı.

Milli komandanın da liderlərindən birinə çevrilən Cəfərquliyev burada keçirdiyi 9 rəsmi matçda adına 1 asist yazdıra bilib.

Rəsmi oyunlarda qol ötürmələri ilə yadda qalan cinah müdafiəçisi qol vurmaq planın da deyəsən, məşqlərdə doldurur.

Hər halda onun komandasının son məşqindəki performansı belə deməyə əsas verir.

"44 nömrə" sıra ilə çərçivəyə keçən qolkiper yoldaşlarının hər birinə uzaq məsafədən baxımlı qollar vurması ilə yadda qalıb.

Qarşısıalınmız görünən milli üzvünün önünə nə qədər təəccübli səslənsə də sahə oyunçusu çıxıb.

Söhbət əlcəzairli legioner Yassin Benziyadan gedir.

Fransa gənclər millisinin sabiq üzvü əla seyvlə həm Elvinin qol həvəsini qaçırıb, həm də özünün qapıçı məharətini yoldaşlarına göstərmiş olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti