"Qarabağ"ı tərk etdi, III Liqa klubu ilə anlaşdı - Beş aylıq

20 Yanvar 2024 01:20 Qarabağ 1 019
"Qarabağ"ı tərk etdi, III Liqa klubu ilə anlaşdı - Beş aylıq

"Qarabağ"dan ayrılan Qaspar Panaderonun yeni komandası məlum olub.

Sportnfo.az xəbər verir ki, ispaniyalı vinger karyerasını ölkəsində davam etdirəcək.

26 yaşlı futbolçu "Linares"ə keçib. III Liqa təmsilçisi onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Panadero 2021-ci ilin yayında "Kadis"dən "Qarabağ"a kemişdi. O, Ağdam klubunda cəmi 4 oyunda iştirak edib.

İspaniyalı yarımmüdafiəçi ötən ilin sentyabrında klubla yollarını ayırmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti