«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov futbolçulara xəbərdarlıq edib.
Təcrübəli mütəxəssis Leandro Andrade başda olmaqla, təkliflər alan oyunçularla şərti şumda kəsib.
O, «kim getmək istəyirsə, bizə fikrini əvvəlcədən desin, yolun ortasında gəlib deməsin ki, mən ayrılmaq niyyətindəyəm» söyləyib.
Qurbanov bildirib ki, komandanın qarşısına ciddi hədəflər qoyulub və belə fikrə düşənlər ümumi məqsədlərə ziyan vurur.
Azərbaycanın ən yaxşı məşqçisi birmənalı şəkildə deyib ki, mövsümün ortasında düşərgəni dəyişmək xəyalına düşənlər, həmçinin qalacağını deyib, son anda «mən gedirəm» qərarı verənlər onun işini çətinə salır.
Çalışdırıcı qeyd edib ki, o, bu kimi hallara çox pis yanaşır, klubun prinsip və maraqlarını hər kəsdən üstün tutacaq.
SPORTİNFO.AZ

