“Öz fikrimi bir kənara qoyuram -. "Qarabağ"ın Alekseyə illərdi marağı olmasına görə birmənalıdır ki, o, bu kluba, konkret olaraq Qurban Qurbanova çox lazımlı futbolçudur“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.
Tanınmış futbol agenti qış fasiləsinin ən səs-küylü transferi hesab olunan Aleksey İsayevin “Sabah”dan “Qarabağ”a keçidinə münasibət bildirib:
O, bu keçidə görə ödənilən 500 min dollar təzminat haqqını normal qarşıladığını deyib:
"İsayevin göstərdiyi performans daxili yarışlarda onun "Qarabağ" üçün böyük qüvvə olacağını deməyə əsas verir. Qiymətin nə dərəcədə rəsmi olduğunu bilmirəm.
Amma sonucda "Sabah" aparıcı oyunçusunu satıb. Aparıcı oyunçuya bundan da az qiymət qoymaq düzgün olmazdı.
Yerli futbolçuların qıtlığını nəzərə alanda, "Qarabağ"ın bu qədər məbləğ ödəməsini yanlış dəyərləndimək düzgün deyil”.

