"Qarabağ"da 3 illik yeni anlaşma - SON DƏQİQƏ

18 Yanvar 2024 22:20 Qarabağ 9 877
"Qarabağ"da 3 illik yeni anlaşma - SON DƏQİQƏ

"Qarabağ"ın üzvü Bəhlul Mustafazadə karyerası ilə bağlı yekun qərarını verib.

“Atlılar”ın müdafiəçi ilə uzun müddətdir davam edən danışıqları müsbət yekunlaşıb.

Belə ki, 26 yaşlı futbolçu Ağdam təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Mustafazadə qarşıdakı 3 ili də “köhlən atlar”ın şərəfini qoruyacaq.

Arxa xətt oyunçusu 2021-ci ildən “Qarabağ”da çıxış edir.

Onun hazırkı müqaviləsi mövsümün sonu başa çatacaq.

Bir neçə yaxşı təklif alan milli üzvü indiki komandasının ötən ildən təklif etdiyi yeni müqaviləyə qol çəkməyə tələsmirdi.

“Qəbələ”nin yetirməsi daha əvvəl “Sabah” və “Sumqayıt” klublarının şərəfini qoruyub.

O, 2023-cü il Azərbaycandan ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti