“Neftçi” qış fasiləsində ilk transferini gerçəkləşdirdi.
Sonuncu iş yeri Bolqarıstan “Lokomotiv”i olan Alfa Konte bundan sonra “ağ-qaralar”ın uğurları üçün tər tökəcək.
Syerra Leonədən olan və ötən il ölkəsinin əsas millisində debüt etmək şansı qazanan 23 yaşlı vinger karyerasını Azərbaycanda davam etdirməyi qərara alıb.
Məlum transfer “Neftçi”nin azarkeşləri tərəfindən alqışla qarşılanıb. Klubun sosial media hesablarında yazılan şərhlərdən fanatların Kontenin keçidini bəyəndiklərini görmək çətin deyil:
“Yaxşı futbolçuya oxşayır”.
“Sürətli, texnikalı və yaxşı zərbələri olan futbolçudur”.
“Xeyirli olsun. Komandamıza ikinci Vobay gəldi”.
“İnşallah, “Neftçi” üçün həmvətəni Vobay kimi xeyirli olar”.
“Bu, əla oldu. “Neftçi”nin güclənməsinə sevindim”.
“Bax bu, oynayan futbolçuya oxşayır”.
“Əla transferdir. 23 yaşı var, həm də milli komandanın üzvüdür. Yarımmüdafiənin sol və sağ cinahlarında oynaya bilir”.
“Bu, Lavaldan da, Lebondan da güclüdür. Görəcəksiniz”.
“Canavar futbolçuya oxşayır. Bilmirəm niyə, amma buna inamım böyükdür. Yaşı da 23, əla!”
“Çox inanıram Konteyə. Hoqqa verəcək “Neftçi”də”.
“Bir neçə videosunu izləmişəm. Qorxaq futbolçu deyil. Sol vingerdir, çox güman bizdə sağdan oynayacaq”.
“Neftçi”nin yanvarın sonuna qədər daha bir futbolçunun keçidini rəsmiləşdirəcəyi gözlənilir.
HƏBİB / SPORTİNFO.AZ

